Connect with us

Hi, what are you looking for?

XƏBƏRLƏR

Çində minik avtomobili satışı azalıb

2025-ci ilin yanvar ayında Çində 1 milyon 794 min ədəd minik avtomobili satıb ki, bu da illik müqayisədə 12,1% və aylıq müqayisədə 31,9% azdır.

ChinaCar.az Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) məlumatına istinadən xəbər verir ki, aylıq azalma tempi (31,9%) 2023-cü ilin yanvarındakı 41% azalmadan sonra ikinci ən böyük azalma nisbətidir. Məlumat üçün bildirək ki, ötən ay Çində 2 milyon 107 min ədəd minik avtomobili istehsal edilib.

Yanvarda satılan sedan, universal və yolsuzluq avtomobillərinin sayı müvafiq olaraq 826 000, 78 000 və 889 000 ədəd olub. 

Qışın əvvəlindən bəri Çinin şərq hissəsində anormal şimal küləklərinə səbəb olan La Nina-nın ortaya çıxması, havanın soyuması avtomobilə tələbatın azalmasına səbəb olub.

Əvvəlki illərlə müqayisədə Çin Yeni ilinin erkən başlaması ilə əlaqədar olaraq, bir çox istehlakçı avtomobilini 2024-cü ilin sonunda dəyişdirib.

Bundan əlavə, yerli Çin markaları illik müqayisədə 2% və aylıq müqayisədə 33% az olmaqla 1,09 milyon ədəd avtomobil satıb. 

Trend xəbərlər

GEELY

Geely Galaxy A7 sedanının tam elektrik versiyası rəsmi olaraq təqdim edilib: 218 at gücündə mühərrik və 550 km-ə qədər avtonomluq təklif edən yeni elektromobil...

BYD

BYD-nin Denza markası, üç motorlu və 1.328 at gücünə malik Z9 elektrik sedanını Çinin tənzimləyici bazasına qeydiyyatdan keçirib — bu, onu dünyanın ən güclü...

Denza

BYD-nin premium markası Denza, 1036 km yürüş məsafəsi və 5 dəqiqəlik flash şarj texnologiyası ilə Z9 GT modelini Avropada 115,000 avrodan satışa çıxardı —...

XƏBƏRLƏR

2026-cı ilin yanvar–fevral aylarında Azərbaycana avtomobil idxalı 28,8 faiz azalaraq 11 933 ədədə düşüb; əsas geriləmə minik avtomobilləri seqmentində qeydə alınıb.

Nio

Nio-nun 5,4 metrlik flagman SUV-u ES9, BaaS batareya icarə xidməti ilə 61.440 dollar qiymətindən ön satışa çıxdı. Model Nio-nun ən böyük elektrik SUV-u titulunu...

Nio

Nio-nun təchizatçısı Seyond 1 milyon LiDAR çatdırışına çatdı, illik istehsal gücü 1.2 milyon ədədə bərabərdir.