Connect with us

Hi, what are you looking for?

XƏBƏRLƏR

BYD – DeepSeek tərəfdaşlığı: BYD-nin səhmləri daha da bahalaşdı

Çinin elektromobillər istehsalçısı BYD əvvəllər avtonom idarəetmə texnologiyası ilə bağlı ehtiyatlı olsa da, indi DeepSeek ilə əməkdaşlıq edərək sürücüyə yardım sistemlərinə tam sərmayə qoymaq qərarına gəlib. Şirkətin səhmləri Honq-Konq birjasında 4 faizdən çox bahalaşıb və rekord həddə çatıb. Nomura analitiklərinin fikrincə, BYD-nin qiyməti 70.000 yuanın altında olan avtomobildə bu cür qabaqcıl sürücüyə yardım xüsusiyyətləri təklif edən ilk Çin avtomobil istehsalçısı olacağı gözlənilir.Tesla-nın ən təkmil sürücü yardımı versiyası olan “Full-Self Driving”, Elon Musk-ın 2024-cü ilin sonuna qədər Çində satışa çıxarılacağına dair açıqlamalarına baxmayaraq, hələ də Pekindən təsdiq almayıb.

Çinin elektromobillər istehsalçısı BYD  əvvəllər avtonom idarəetmə texnologiyası ilə bağlı ehtiyatlı olsa da, indi DeepSeek ilə əməkdaşlıq edərək sürücüyə yardım sistemlərinə geniş sərmayə qoymaq qərarına gəlib.

ChinaCar.az xəbər verir ki, bu açıqlamadan sonra şirkətin səhmləri Honq Konq birjasında 4 faizdən çox bahalaşaraq rekord həddə çatıb və 345 Honq Konq dollarını (44,24 dollar) görüb. Keçən həftə, BYD-nin səhmləri təxminən 21 faiz dəyər qazanmışdır.

BYD-nin qurucusu və baş direktoru Wang Chuanfu canlı yayımda bildirib ki, qabaqcıl ağıllı sürücülük (idarəetmə) sistemləri artıq təhlükəsizlik kəmərləri və təhlükəsizlik yastıqları kimi standart təhlükəsizlik xüsusiyyətlərinə çevriləcək.

Avtomobil istehsalçısı elan edib ki, bütün avtomobillər sırasına “DiPilot” adlı sürücüyə yardım sistemi təklif edəcək. Həmçinin sistem 69 800 yuan (9 555 dollar) qiymətinə satışa çıxarılacaq ucuz avtomobildə də yer alacaq.

BYD bu baxımdan ilk Çin avtomobil istehsalçısı olacaq

Nomura analitiklərinin fikrincə, BYD-nin qiyməti 70.000 yuandan aşağı olan avtomobildə bu cür qabaqcıl sürücüyə yardım xüsusiyyətləri təklif edən ilk Çin avtomobil istehsalçısı olacağı gözlənilir. “BYD rəqabət strategiyasını dəyişir, keçən il qiymətlərin azaldılması strategiyasından 2025-ci ildə funksional təkmilləşdirmələrə keçir”, – analitiklər bildirib.

Həmçinin BYD, Çin startapı “DeepSeek”in süni intellekt texnologiyasını yeni sürücüyə yardım sisteminin ən təkmil versiyasına inteqrasiya edəcəyini açıqlayıbBu cür sistemlər proqram təminatı, süni intellekt və kameralar və ya digər sensorlardan istifadə edərək avtomobili idarə edir və insan müdaxiləsinə ehtiyacı minimuma endirir.

“DeepSeek inteqrasiyası çox vacibdir, çünki indi BYD rəqibləri tərəfindən təklif olunanlara bənzər ağıllı xüsusiyyətləri təqdim etmək üçün öz yerli süni intellekt texnologiyası ilə işləyə bilər. Bu, BYD-ni texnoloji xüsusiyyətlərin sürətini təyin etmək mövqeyinə qaytarır”,-“Auto Insights”ın təsisçisi və idarəedici direktoru Tu Le bildirib. 

İki il əvvəl istifadəyə verilib

Çinin avtomobil istehsalçıları iki il əvvəl elektrikli avtomobil bazarında fərqlənmək üçün sürücüyə yardım sistemlərindən istifadə etməyə başladılar. Bununla belə, BYD rəhbərliyi 2023-cü ilin mart ayında verdiyi açıqlamada, “ağıllı idarəetmə”yə bağlı avtonom nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəza zamanı məsuliyyətin müəyyən edilməsinin çətin olduğunu bildirmişdi. Bununla belə, onlar qabaqcıl yardımçı  idarəetmə texnologiyalarının ümumi təhlükəsizliyi yaxşılaşdırmaq potensialına malik olduğunu etiraf etmişdilər. 

BYD bazar ertəsi günü bildirib ki, ağıllı avtomobillər yol şəraitini izləyəcək və təhlükələrin qarşısını alacaq və texnologiya zamanla böyük verilənlər və süni intellekt modelləri sayəsində təkmilləşəcək.

BYD-nin yeni sürücüyə yardım texnologiyası ilə təchiz edilmiş 20-dən çox model satışa çıxarılıb. 

Çində sürücüyə yardım proqramının yayılması tənzimləyici məhdudiyyətilə üzləşmişdi, lakin getdikcə yerli hökumət sürücüyə yardım proqramının sıx şəhər nəqliyyatında istifadəsinə icazə verir.

Tesla Çindən icazə ala bilməyib

Tesla-nın ən təkmil sürücü yardımı versiyası olan “Full-Self Driving”, Elon Maskın 2024-cü ilin sonuna qədər Çində təqdim ediləcəyinə dair açıqlamalarına baxmayaraq, hələ də Pekindən təsdiq almayıb. Mask gecikməni ABŞ və Çin arasındakı məhdudiyyətlərlə izah edib.

DeepSeek inteqrasiyası BYD-nin rəqabət üstünlüyünü artırsa da, “Stansberry Research”ın analitiki Brian Tycangco qeyd edib ki, əməkdaşlıq “milli təhlükəsizlik zəminində BYD avtomobillərinin ABŞ kimi Qərb bazarlarına daxil olmasının daha çətin olacağı ehtimalını artırır”.

Xəbər verdiyimiz kimi, elektromobil istehsalında ABŞ-ın Tesla şirkətinin ən böyük rəqibi olan Çin markası BYD, 9600 dollar qiymətinə satışa təqdim edəcəyi “Seagull” büdcə hetçbek modeli də daxil olmaqla, bütün avtomobil modelləri üçün inkişaf etdirdiyi yeni avtonom idarəetmə sistemini təqdim edib.

Tanrının Gözü” (God’s Eye) adlandırılan sistem tamamilə BYD-nin öz mühəndis komandası tərəfindən hazırlanıb və markanın kütləvi bazar modellərinə adətən lüks seqmentli avtomobillərdə olan uzaqdan parketmə və avtonom ötmə kimi qabaqcıl xüsusiyyətləri də əlavə edəcək.

Trend xəbərlər

GEELY

Geely Galaxy A7 sedanının tam elektrik versiyası rəsmi olaraq təqdim edilib: 218 at gücündə mühərrik və 550 km-ə qədər avtonomluq təklif edən yeni elektromobil...

BYD

BYD-nin Denza markası, üç motorlu və 1.328 at gücünə malik Z9 elektrik sedanını Çinin tənzimləyici bazasına qeydiyyatdan keçirib — bu, onu dünyanın ən güclü...

XƏBƏRLƏR

2026-cı ilin yanvar–fevral aylarında Azərbaycana avtomobil idxalı 28,8 faiz azalaraq 11 933 ədədə düşüb; əsas geriləmə minik avtomobilləri seqmentində qeydə alınıb.

Denza

BYD-nin premium markası Denza, 1036 km yürüş məsafəsi və 5 dəqiqəlik flash şarj texnologiyası ilə Z9 GT modelini Avropada 115,000 avrodan satışa çıxardı —...

Nio

Nio-nun təchizatçısı Seyond 1 milyon LiDAR çatdırışına çatdı, illik istehsal gücü 1.2 milyon ədədə bərabərdir.

BMW

BMW Group-un xalis mənfəəti 2024-cü ildə Çin bazarındakı sərt rəqabət səbəbindən 3% azalaraq 7,45 milyard avroya düşüb. Bununla belə, şirkət elektrikli avtomobil satışlarında artım...