Connect with us

Hi, what are you looking for?

XƏBƏRLƏR

Türkiyədə Chery avtomobilləri istehsal olunacaq – 1,5 milyard dollardan çox sərmayə!

Çinin Chery şirkəti Türkiyənin Samsun şəhərində 1,5-2 milyard dollar civarında sərmayə ilə zavodunu quracaq. 

ChinaCar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zavodun 1 milyon 500 min kvadratmetr sahədə qurulması və birinci mərhələdə 25 min nəfərin işlə təmin olunması nəzərdə tutulur.

Türkiyədə elektrik və hibrid avtomobil istehsalı hədəfləyən Chery-nin 1,5 milyard dollardan çox sərmayə ilə ildə 150 ​​minə yaxın nəqliyyat vasitəsi istehsal edəcəyi gözlənilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada, Çin markası BYD-nin Manisada 1 milyard dollarlıq zavod quracağını xatırladan Ərdoğan, “Başqa bir Çin şirkəti də Samsuna sərmayə yatırır. Hazırlıq tamamlanıb. Tezliklə Samsunda bu brendin zavodunun təməlinin qoyulduğunu görəcəyik”,- deyib.

Son zamanlar Chery şirkəti SUV seqmentində önə çıxan modelləri ilə diqqət çəkir. Türkiyədə ən çox satılan modellər arasında Chery-nin Tiggo 8 Pro, Tiggo 7 Pro, Tiggo 4 Pro və Omoda modelləri də yer tutur. 

Elektrik və hibrid texnologiyasında sərfəli qiymətlər təklif edən Chery kimi Çin markalarının Türkiyədə istehsala başlaması ilə qiymətlərin aşağı düşəcəyi gözlənilir. Belə ki, yerli istehsal əlavə gömrük rüsumlarından azaddır.

Türkiyənin Sənaye və texnologiya naziri Fatih Kaçır bu ayın ortalarında Samsuna investisiya üçün Chery ilə danışıqların son mərhələdə olduğunu bildirmişdi. 

Trend xəbərlər

GEELY

Geely Galaxy A7 sedanının tam elektrik versiyası rəsmi olaraq təqdim edilib: 218 at gücündə mühərrik və 550 km-ə qədər avtonomluq təklif edən yeni elektromobil...

BYD

BYD-nin Denza markası, üç motorlu və 1.328 at gücünə malik Z9 elektrik sedanını Çinin tənzimləyici bazasına qeydiyyatdan keçirib — bu, onu dünyanın ən güclü...

Denza

BYD-nin premium markası Denza, 1036 km yürüş məsafəsi və 5 dəqiqəlik flash şarj texnologiyası ilə Z9 GT modelini Avropada 115,000 avrodan satışa çıxardı —...

XƏBƏRLƏR

2026-cı ilin yanvar–fevral aylarında Azərbaycana avtomobil idxalı 28,8 faiz azalaraq 11 933 ədədə düşüb; əsas geriləmə minik avtomobilləri seqmentində qeydə alınıb.

Nio

Nio-nun 5,4 metrlik flagman SUV-u ES9, BaaS batareya icarə xidməti ilə 61.440 dollar qiymətindən ön satışa çıxdı. Model Nio-nun ən böyük elektrik SUV-u titulunu...

Nio

Nio-nun təchizatçısı Seyond 1 milyon LiDAR çatdırışına çatdı, illik istehsal gücü 1.2 milyon ədədə bərabərdir.