Connect with us

Hi, what are you looking for?

XƏBƏRLƏR

Avtomobillərlə bağlı etibarnamələr “mygov” üzərindən veriləcək

Azərbaycanda bir neçə notariat xidməti “mygov” rəqəmsal hökumət platformasına inteqrasiya edilib.

Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.

Məlumata görə, vətəndaşlar “mygov” platforması vasitəsilə də aşağıdakı notariat xidmətlərindən yararlana bilərlər:

Nəqliyyatdan istifadə etibarnaməsi:

Nəqliyyatdan istifadə etibarnaməsi bir şəxsin digər şəxsə nəqliyyat vasitəsini idarə etmək və ümumilikdə ondan istifadə etmək hüququnu verməsini nəzərdə tutur.

Vətəndaşlar nəqliyyat vasitələrinə dair etibarnaməni üçüncü şəxslərə video təsdiqləmə prosesi ilə rəqəmsal qaydada verə bilərlər. Bu xidmətin istifadəsi zamanı avtomobil məlumatlarının daxil edilməsi, hər iki tərəfin əlaqə məlumatlarının təqdim edilməsi, video vasitəsilə təsdiqlənmə və ödənişin edilməsi tələb olunur.

Nəqliyyata sərəncam etibarnaməsi:

Bu etibarnamə, nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi (satma, bağışlama, ipoteka və s.) kimi səlahiyyətləri digər şəxsə ötürməyə imkan verir. İstifadəçilər “Nəqliyyata sərəncam etibarnaməsi” xidməti vasitəsilə nəqliyyat vasitələrinə aid xüsusi səlahiyyətlər təyin edərək etibarnamə verə bilərlər. Proses avtomobil məlumatlarının daxil edilməsini, xüsusi səlahiyyətlərin seçilməsi, video təsdiqlənmə və ödənişin edilməsini əhatə edir.

Qurumlarda təmsilçilik etibarnaməsi:

Bu xidmət istifadəçilərə müxtəlif qurumlarda özlərini təmsil etmək üçün başqalarına etibarnamə verməyə imkan verir. Prosesdə təmsilçinin məlumatlarının təqdim edilməsi, təmsil olunacaq qurumların seçilməsi, video vasitəsilə təsdiqlənmə və ödəniş mərhələləri mövcuddur. Bu, vətəndaşların müxtəlif qurumlar qarşısında nümayəndəlik hüquqlarını təhlükəsiz şəkildə başqasına həvalə etməsini təmin edir.

Etibarnamələrə xitam:

“mygov” platforması üzərindən istifadəçilər əvvəlki etibarnamələrini rəqəmsal qaydada ləğv edə bilərlər. Bu xidmət xüsusi etibarnamənin seçilməsi, hüquqi izahatlarla tanışlıq, video təsdiqlənmə və ödəniş edilməsini əhatə edir. Bu, istifadəçilərə əvvəlki etibarnamələrinin statusuna tam nəzarət imkanı yaradır.

Bu yeniliklər sayəsində vətəndaşlar təhlükəsiz formada və vaxt itirmədən notariat xidmətlərindən artıq “mygov” platformasından istifadə edərək də yararlana bilərlər.

Trend xəbərlər

GEELY

Geely Galaxy A7 sedanının tam elektrik versiyası rəsmi olaraq təqdim edilib: 218 at gücündə mühərrik və 550 km-ə qədər avtonomluq təklif edən yeni elektromobil...

BYD

BYD-nin Denza markası, üç motorlu və 1.328 at gücünə malik Z9 elektrik sedanını Çinin tənzimləyici bazasına qeydiyyatdan keçirib — bu, onu dünyanın ən güclü...

Denza

BYD-nin premium markası Denza, 1036 km yürüş məsafəsi və 5 dəqiqəlik flash şarj texnologiyası ilə Z9 GT modelini Avropada 115,000 avrodan satışa çıxardı —...

XƏBƏRLƏR

2026-cı ilin yanvar–fevral aylarında Azərbaycana avtomobil idxalı 28,8 faiz azalaraq 11 933 ədədə düşüb; əsas geriləmə minik avtomobilləri seqmentində qeydə alınıb.

Nio

Nio-nun 5,4 metrlik flagman SUV-u ES9, BaaS batareya icarə xidməti ilə 61.440 dollar qiymətindən ön satışa çıxdı. Model Nio-nun ən böyük elektrik SUV-u titulunu...

Nio

Nio-nun təchizatçısı Seyond 1 milyon LiDAR çatdırışına çatdı, illik istehsal gücü 1.2 milyon ədədə bərabərdir.