Connect with us

Hi, what are you looking for?

XƏBƏRLƏR

Çinin lüks avtomobillərində ciddi problemlər aşkarlandı

Çinin dəbdəbəli “LiXiang” markasının “L7” və “L9” modellərində aşkarlanan problemlərlə bağlı Rusiyada onlara tələbat 50% azalıb.

Bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.

Qeyd olunub ki, hər iki avtomobil modelində pnevmatik asqı, kondisioner və radiator barmaqlığı ilə bağlı ciddi problemlər aşkar edilib, buna görə də, avtomobilin qışda sürəti 40 km/saatla məhdudlaşır.

Məlumata görə, cari ilin ilk ayında salonda bu avtomobillərdən cəmi 955 ədəd satılıb. Bu, 2024-cü ilin dekabr ayı ilə müqayisədə təxminən iki dəfə azdır (2 105 ədəd). Statistikaya görə, 2025-ci ilin yanvar ayı Rusiya bazarında çin avtomobillərinin satışı tarixində ən pis ay olub.

Ehtimal olunur ki, buna səbəb avtomobillərin tez-tez xarab olması və təmirinin uzun müddət, ciddi məbləğ tələb etməsidır.

Trend xəbərlər

GEELY

Geely Galaxy A7 sedanının tam elektrik versiyası rəsmi olaraq təqdim edilib: 218 at gücündə mühərrik və 550 km-ə qədər avtonomluq təklif edən yeni elektromobil...

BYD

BYD-nin Denza markası, üç motorlu və 1.328 at gücünə malik Z9 elektrik sedanını Çinin tənzimləyici bazasına qeydiyyatdan keçirib — bu, onu dünyanın ən güclü...

XƏBƏRLƏR

2026-cı ilin yanvar–fevral aylarında Azərbaycana avtomobil idxalı 28,8 faiz azalaraq 11 933 ədədə düşüb; əsas geriləmə minik avtomobilləri seqmentində qeydə alınıb.

Denza

BYD-nin premium markası Denza, 1036 km yürüş məsafəsi və 5 dəqiqəlik flash şarj texnologiyası ilə Z9 GT modelini Avropada 115,000 avrodan satışa çıxardı —...

Nio

Nio-nun təchizatçısı Seyond 1 milyon LiDAR çatdırışına çatdı, illik istehsal gücü 1.2 milyon ədədə bərabərdir.

BMW

BMW Group-un xalis mənfəəti 2024-cü ildə Çin bazarındakı sərt rəqabət səbəbindən 3% azalaraq 7,45 milyard avroya düşüb. Bununla belə, şirkət elektrikli avtomobil satışlarında artım...