Connect with us

Hi, what are you looking for?

ZEEKR

ZEEKR brendinin satış mərkəzinin yeni binasının açılış mərasimi və 9X modelinin təqdimatı keçirilib

Babək prospekti 37 ünvanında ZEEKR brendinin Azərbaycandakı satış mərkəzinin yeni binasının rəsmi açılış mərasimi baş tutub. Tədbir çərçivəsində brendin yeni flaqman modeli — ZEEKR 9X ilk dəfə geniş ictimaiyyətə təqdim olunub.

Açılış mərasimində simvolik qızıl lent Efendiler Group-un icraçı direktoru Amal Əlili və ZEEKR brendinin regional direktoru Kai Li tərəfindən kəsilib.

Tədbirdə avtomobil sənayesinin nümayəndələri, media təmsilçiləri və dəvətli qonaqlar iştirak ediblər.

Tədbir boyu qonaqlar üçün canlı orkestr ifası təqdim olunub. Klassik musiqi müşayiəti mərasimə xüsusi ab-hava qataraq ZEEKR brendinin premium mövqeyini və təqdim olunan modellərin eksklüziv xarakterini ön plana çıxarıb.

Tədbirdə çıxış edən Efendiler Group-un icraçı direktoru Amal Əlili bildirib ki, ZEEKR Azerbaijan-ın yeni satış mərkəzinin açılışı və flaqman 9X modelinin təqdimatı qrup üçün mühüm mərhələdir. O qeyd edib ki, Babək prospektində fəaliyyətə başlayan yeni ZEEKR satış və servis mərkəzi müasir satış salonu, güclü satış sonrası xidmət infrastrukturu və geniş servis imkanları ilə müştərilərə premium səviyyəli təcrübə təqdim edəcək.

ZEEKR brendinin Mərkəzi Asiya üzrə regional direktoru Kai Li çıxışı zamanı Azərbaycanın sürətlə inkişaf edən avtomobil bazarına və ölkənin innovativ texnologiyalara açıq mövqeyinə diqqət çəkib. O bildirib ki, Azərbaycan ZEEKR üçün strateji əhəmiyyət daşıyan bazarlardan biridir və brend burada uzunmüddətli və davamlı inkişaf planları qurur.

Mərasimin əsas hissəsində isə ZEEKR-in yeni flaqman modeli — ZEEKR 9X təqdim edilib. Tam ölçülü premium SUV seqmentinə aid olan bu model yüksək performans, qabaqcıl təhlükəsizlik sistemləri və üstün komfort səviyyəsini bir araya gətirir. Futuristik dizayn dili, geniş və rahat salon konsepti, premium materiallardan istifadə, rəqəmsal idarəetmə və inkişaf etmiş multimedia imkanları ZEEKR 9X-i öz sinfində fərqləndirən əsas xüsusiyyətlər sırasındadır.

ZEEKR 9X-ın təqdimatı ilə ZEEKR brendi Azərbaycanda premium avtomobil seqmentində mövqeyini daha da gücləndirdiyini nümayiş etdirib. Yeni satış və servis mərkəzi isə müştərilərə beynəlxalq standartlara uyğun xidmət və real premium təcrübə təqdim etməyi hədəfləyir. Daha ətraflı məlumat üçün Babək prospekti 37 ünvanına müraciət etmək və ya *2299 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Trend xəbərlər

GEELY

Geely Galaxy A7 sedanının tam elektrik versiyası rəsmi olaraq təqdim edilib: 218 at gücündə mühərrik və 550 km-ə qədər avtonomluq təklif edən yeni elektromobil...

BYD

BYD-nin Denza markası, üç motorlu və 1.328 at gücünə malik Z9 elektrik sedanını Çinin tənzimləyici bazasına qeydiyyatdan keçirib — bu, onu dünyanın ən güclü...

Denza

BYD-nin premium markası Denza, 1036 km yürüş məsafəsi və 5 dəqiqəlik flash şarj texnologiyası ilə Z9 GT modelini Avropada 115,000 avrodan satışa çıxardı —...

XƏBƏRLƏR

2026-cı ilin yanvar–fevral aylarında Azərbaycana avtomobil idxalı 28,8 faiz azalaraq 11 933 ədədə düşüb; əsas geriləmə minik avtomobilləri seqmentində qeydə alınıb.

Nio

Nio-nun 5,4 metrlik flagman SUV-u ES9, BaaS batareya icarə xidməti ilə 61.440 dollar qiymətindən ön satışa çıxdı. Model Nio-nun ən böyük elektrik SUV-u titulunu...

Nio

Nio-nun təchizatçısı Seyond 1 milyon LiDAR çatdırışına çatdı, illik istehsal gücü 1.2 milyon ədədə bərabərdir.