Connect with us

Hi, what are you looking for?

DİLERLƏR

“NEO Motors”dan RƏSMİ BƏYANAT

Yaranmış anlaşılmazlığın əsas səbəbi telefon danışıqları zamanı “Li Auto” nümayəndələrinin son ana qədər “Efendiler” şirkəti ilə distribyutorluq sazişinin imzalanmasını inkar etməsi olub. Bu səbəbdən “Efendiler” şirkətindən yaranmış anlaşılmazlığa görə üzr istəyir və onları “Li Auto”nun Azərbaycandakı rəsmi distribyutoru statusunu əldə etmələri münasibətilə təbrik edirik

Bundan öncə “NEO Motors” tərəfindən təqdim olunmuş materialda qeyd olunurdu ki, “Li Auto” avtomobillərinin Azərbaycan ərazisində distribyusiyası üzrə heç bir şirkətin eksklüziv hüquqları yoxdur.

Bu gün  “NEO Motors” yeni rəsmi açıqlama yayıb.

Açıqlamanı təqdim edirik: 

“Bundan öncə yayımladığımız materialda qeyd olunurdu ki, “Li Auto” avtomobillərinin Azərbaycan ərazisində distribyusiyası üzrə heç bir şirkətin eksklüziv hüquqları yoxdur. Lakin “Li Auto” nümayəndələrinin “NEO Motors” ofisinə səfərindən sonra məlum oldu ki, bizə təqdim edilən məlumat şirkət tərəfindən qeyri-dəqiq şəkildə çatdırılıb.

Aydın olub ki, yaranmış anlaşılmazlığın əsas səbəbi telefon danışıqları zamanı “Li Auto” nümayəndələrinin son ana qədər “Efendiler” şirkəti ilə distribyutorluq sazişinin imzalanmasını inkar etməsi olub. Nəticədə biz mövcud olan məlumatlara əsaslanaraq hərəkət etmişik. “NEO Motors” olaraq obyektivlik və dəqiqliyi informasiya siyasətimizin əsas prinsipləri kimi qəbul edirik və yeni şəraitə uyğun olaraq açıqlamalarımızı vaxtında dəqiqləşdirməyə hazırıq.

Bu səbəbdən “Efendiler” şirkətindən yaranmış anlaşılmazlığa görə üzr istəyir və onları “Li Auto”nun Azərbaycandakı rəsmi distribyutoru statusunu əldə etmələri münasibətilə təbrik edirik. Onlara bazarın inkişafında uğurlar arzulayırıq və əminik ki, onların fəaliyyəti ölkəmizdə elektromobillərin geniş yayılmasına mühüm töhfə verəcək.

“NEO Motors” daim ədalətli və şəffaf rəqabətin tərəfdarıdır və avtomobil sənayesində innovativ texnologiyaların inkişafını dəstəkləyir. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcək, Azərbaycanın elektromobil bazarının daha da güclənməsinə və inkişafına töhfə verməyə çalışacağıq”.

Trend xəbərlər

GEELY

Geely Galaxy A7 sedanının tam elektrik versiyası rəsmi olaraq təqdim edilib: 218 at gücündə mühərrik və 550 km-ə qədər avtonomluq təklif edən yeni elektromobil...

BYD

BYD-nin Denza markası, üç motorlu və 1.328 at gücünə malik Z9 elektrik sedanını Çinin tənzimləyici bazasına qeydiyyatdan keçirib — bu, onu dünyanın ən güclü...

Denza

BYD-nin premium markası Denza, 1036 km yürüş məsafəsi və 5 dəqiqəlik flash şarj texnologiyası ilə Z9 GT modelini Avropada 115,000 avrodan satışa çıxardı —...

XƏBƏRLƏR

2026-cı ilin yanvar–fevral aylarında Azərbaycana avtomobil idxalı 28,8 faiz azalaraq 11 933 ədədə düşüb; əsas geriləmə minik avtomobilləri seqmentində qeydə alınıb.

Nio

Nio-nun 5,4 metrlik flagman SUV-u ES9, BaaS batareya icarə xidməti ilə 61.440 dollar qiymətindən ön satışa çıxdı. Model Nio-nun ən böyük elektrik SUV-u titulunu...

Nio

Nio-nun təchizatçısı Seyond 1 milyon LiDAR çatdırışına çatdı, illik istehsal gücü 1.2 milyon ədədə bərabərdir.