Geely Galaxy M seriyasının ikinci SUV-u olan M7 hibrid modeli 9 aprel tarixindən etibarən ön satışa çıxıb. 100.000-150.000 yuan (14.530-21.800 dollar) qiymət aralığını hədəflədiyi bildirilen M7-nin ən diqqət çəkən xüsusiyyəti isə 1.730 km-lik kombinə menzil göstəricisidir. Bu rəqəm hətta daha baha olan rəqib modellərlə müqayisədə belə üstün olaraq qalır.
Geely Galaxy son aylarda Çin hibrid SUV bazarında sürətlə güclənən brendlərdən biri olub. M seriyasının ilk modeli satışlarda uğur qazandıqdan sonra M7-nin gəlişi gözlənilən bir addım idi. Plug-in hibrid texnologiyası ilə təchiz edlən M7, həm elektrik, həm də yanacaq rejimini dəstəkləyir. 1.730 km-lik menzil əsasən PHEV rejiminin birləşdirilmiş hesablaması üzrə götürülüb.
Geely Galaxy modellərinin Azərbaycana ixrac perspektivi müsbət görünür. Ana şirkət Geely-nin ölkəmizdəki mövcudluğu artıq formalaşıb, sub-brend kimi Galaxy modellərinin də bazarımıza gəlməsi istisna deyil. 1.730 km-lik menzil iddiası ilə 100.000-150.000 yuan qiymət diapazonunda çıxış edən M7, həm regional, həm də qlobal bazarda güclü bir rəqabət strategiyasının məhsuludur.
📰 Mənbə: cnevpost.com






























