Çin avtomobil nəhəngi BYD Sealion 08 modelini sənədləşdirmə prosesindən keçirərək rəsmi olaraq təqdim etdi. chinacar.az-ın əldə etdiyi məlumata görə, yeni böyük yeddi yerlik SUV iki güc qurğusuna (elektrikli EV və super sürətli şarj edilə bilən plug-in hibrid) malikdir.
BYD Sealion 08-in xüsusiyyətləri
Sealion 08 plug-in hibrid (PHEV) versiyası xüsusilə diqqət çəkir: model 400 km-ə qədər sıfır emissiyalı elektrik mənzili təklif edəcək. Bu, BYD-nin yeni nəsil DM-i (Dual Mode intelligent) mühərrik texnologiyası sayəsində əldə olunub. Avtomobil 1.5 litrlik turbo benzin mühərriki ilə iki elektrik motorunun kombinasiyasından güc alır; sistemin ümumi gücü 450 at qüvvəsindən çox ola bilər. Salonda altı nəfərlik oturacaq konfiqurasiyası da seçənəklər arasındadır. Bundan əlavə, 3D panoramik kamera, adaptiv asma sistemi, 12.8 düym fırlanan ekran, DiLink 5.0 mövcuddur.
Azərbaycanda gözlənilən satış
BYD Sealion 08 Çin bazarında ilkin olaraq 38.000-45.000 dollar qiymət aralığında satışa çıxarılacaq. Daha sonra Azərbaycan da daxil olmaqla, ixrac bazarına yönəldiləcək. BYD ötən il Azərbaycanda rəsmi distribütor anlaşması imzaladığı üçün modelin yaxın aylarda Bakıda da təkərləməsi ehtimalı yüksəkdir. Uzun elektrik mənzili sayəsində sürücülər gündəlik istifadələrdə demək olar ki, heç yanacaq sərf etmədən hərəkət edə biləcəklər. Qeyd edək ki, BYD son dövrlərdə Azərbaycan yollarında tez-tez görünən markalardandır. chinacar.az olaraq, yeni modelin ölkəmizdəki qiymətini rəsmi elanlardan sonra çatdıracağıq.
Mənbə: carnewschina.com