Connect with us

Hi, what are you looking for?

DİLERLƏR

Li Auto 2025-ci ildə Azərbaycanda rəsmi diler təyin etməyi planlaşdırmır

“Li Auto” şirkəti Azərbaycandakı fəaliyyəti ilə bağlı rəsmi açıqlama verərək bildirib ki, hazırda heç bir rəsmi müqavilə imzalanmayıb və bu məsələnin yalnız 2026-cı ildə nəzərdən keçiriləcəyi planlaşdırılır.

Bu barədə “NEO Motors” şirkətindən bildirilib.

Qeyd edilib ki, “Li Auto” bir neçə yerli şirkətlə əməkdaşlıq imkanlarını dəyərləndirir, bunlar arasında “NEO Motors” aparıcı mövqedədir və eyni zamanda iki-üç potensial tərəfdaşla əməkdaşlıq perspektivləri nəzərdən keçirilir.

Rəsmi diler statusunun olmamasına baxmayaraq, “Li Auto” bazarı öyrənməyə davam edir və fevral ayının sonunda şirkət nümayəndələrinin “NEO Motors” ofisinə səfəri planlaşdırılır. Görüşlərin gedişatı və prosesin inkişafı ilə bağlı şirkət KİV-i operativ şəkildə məlumatlandıracaq.

Son bir il ərzində “NEO Motors” öz mövqeyini möhkəmləndirərək Azərbaycanda “Li Auto” avtomobillərinin satışında 20%-lik bazar payına sahib olub. Şirkət bu müddət ərzində “Li Auto” avtomobillərinin satışı və servisi sahəsində geniş təcrübə toplayaraq müştərilərə keyfiyyətli xidmət və zəmanət dəstəyi təqdim edir.

Bu məlumat “NEO Motors” və “Li Auto” nümayəndələri arasında baş tutan rəsmi telefon danışığı əsasında təqdim olunur.

Qeyd edək ki, 19 fevral 2025-ci il tarixində böyük avtomobil idxalçılarından biri “Li Auto” brendinin Azərbaycanda rəsmi nümayəndəsi olduğu barədə məlumat yayıb.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Trend xəbərlər

GEELY

Geely Galaxy A7 sedanının tam elektrik versiyası rəsmi olaraq təqdim edilib: 218 at gücündə mühərrik və 550 km-ə qədər avtonomluq təklif edən yeni elektromobil...

BYD

BYD-nin Denza markası, üç motorlu və 1.328 at gücünə malik Z9 elektrik sedanını Çinin tənzimləyici bazasına qeydiyyatdan keçirib — bu, onu dünyanın ən güclü...

Denza

BYD-nin premium markası Denza, 1036 km yürüş məsafəsi və 5 dəqiqəlik flash şarj texnologiyası ilə Z9 GT modelini Avropada 115,000 avrodan satışa çıxardı —...

XƏBƏRLƏR

2026-cı ilin yanvar–fevral aylarında Azərbaycana avtomobil idxalı 28,8 faiz azalaraq 11 933 ədədə düşüb; əsas geriləmə minik avtomobilləri seqmentində qeydə alınıb.

Nio

Nio-nun 5,4 metrlik flagman SUV-u ES9, BaaS batareya icarə xidməti ilə 61.440 dollar qiymətindən ön satışa çıxdı. Model Nio-nun ən böyük elektrik SUV-u titulunu...

Nio

Nio-nun təchizatçısı Seyond 1 milyon LiDAR çatdırışına çatdı, illik istehsal gücü 1.2 milyon ədədə bərabərdir.